1 may 2012 15:23

Əliyev üçün mövsüm bitdi

Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri birinci divizionun 17-ci turundan təxirə salınmış və 18-ci turunun oyunlarında qeydə alınan qayda pozuntularına da hüquqi qiymət veriblər.
 
17-ci turun təxirə salınmış “Şəmkir” – “Bakılı” matçının 78-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Turan Əliyev, 81-ci dəqiqəsində isə “Şəmkir”in oyunçusu Şöhrət Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimə olunub. “Şəmkir” həmçinin 5 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimələnib.
 
18-ci turun “Neftçala” – “MKT-Araz” matçının 42-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Qeyrət Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu 2 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə edilib. Mövsümün sonuna iki tur qaldığından onun üçün mövsüm başa çatıb.
 
“Lokomotiv”in 5, MOİK-in isə 4 futbolçusu sarı vərəqə aldığından klublar 100 manat cərimə edilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.