1 may 2012 15:44
AFFA İnterin üzvünü 3 oyunluq cəzalandırdı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 30-cu turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət veriblər.
“İnter”in futbolçusu Xanlar Zamanov “Qəbələ” ilə oyununun 77-ci dəqiqəsində rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Futbolçu 3 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə olunub. Qarşıda iki tur qaldığından futbolçu üçün mövsüm bitib.
“Simurq”un futbolçusu Dilqəm Əsgərov “Qarabağ”la oyununun 75-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə edilib. Qarşıda iki tur qaldığından bu futbolçu üçün də mövsüm bitib.
“Bakı” isə “Kəpəz”lə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.
