1 may 2012 16:08
“Bakının Neftçidən geri qalmağını finalda göstərəcəyik”
“Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauski azerisport.az saytına müsahibəsində Premyer Liqanın 30-cu turunun “Qəbələ” ilə oyunundan (0:4), qarşıdakı “Neftçi” ilə görüşdən, eləcə də kuboku qazanmaq şanslarından danışıb.
- Azərbaycan kubokunun finalına çıxandan sonra sanki Premyer Liqa oyunları sizin üçün tam arxa plana keçdi. Bundan dərhal sonra “Qəbələ”yə 0:4 hesabıyla uduzdunuz.
- Mən belə deməzdim. Belə bir şey ola da bilməz. Sadəcə, biz 120 dəqiqəlik ağır kubok oyunundan sonra çox yorğun idik. Amma eyni zamanda “Qəbələ” həmin vaxt yaxşıca istirahət edə, hazırlaşa bilmişdi. Bundan əlavə komandamızın düşərgəsində xeyli itki var idi. Az qala heyətin yarısı bu oyunda iştirak edə bilmirdi.
- Bu, bəraətdi?
- Xeyr. Bu, faktdı. Hətta bütün bunlara rəğmən komanda yaxşı oynadı və belə darmadağına layiq deyildi. İlk 20 dəqiqə yaxşı təsir bağışlasaq da, bundan sonra fiziki cəhətdən yorğunluq öz sözünü dedi.
- Elə isə qarşıdakı “Neftçi” və “Bakı” ilə oyunlarda əsas hədəfiniz nədən ibarət olacaq?
- Maksimum nəticə qazanmaq və tur cədvəlində üst pillələrə qalxmaq istəyirik. Bu oyunlara ötəri yanaşmayacağıq.
- “Neftçi”nin çempionluğunu necə qiymətləndirərdiz?
- Tamamilə ədalətli çempionluqdu. Onlar hər oyunda qələbə qazanırlar. Çempionluğu bu komanda qazanmadıqdan sonra, kim qazanacaqdı? Həqiqətən yaxşı komandadı. “Neftçi”ni təbrik edirəm.
- Tamamilə ədalətli çempionluqdu. Onlar hər oyunda qələbə qazanırlar. Çempionluğu bu komanda qazanmadıqdan sonra, kim qazanacaqdı? Həqiqətən yaxşı komandadı. “Neftçi”ni təbrik edirəm.
- “Bakı” çempiona nədə uduzur?
- Mən deməzdim ki, biz onlardan çox geri qalırıq. Bunu finalda da sübut edəcəyik. Bəzi çatışmazlıqlar var. Məsələn, daha çox birgə oyun keçirməyimiz lazımdı. Bəzən idealdan uzaq oyun sərgiləyirik. Əgər heyətimizi gücləndirə bilsək, növbəti mövsüm Azərbaycanın yeni çempionu olarıq.
- “Neftçi” ilə kubok oyunundan nə gözləyirsiz?
- Maraqlı oyun olacaq. Yaxşı futbol göstərmək və bu titulu qazanmaq istəyirik. Heç də uğurlu keçməyən mövsümü kubokla başa vurmağımız əla olardı.
- Bu həftə sizi sözügedən komanda ilə çempionat oyunu gözləyir. Kubok oyunu öncəsi belə bir qarşılaşmanın olması nə dərəcədə yaxşı əlamətdi?
- Kubok və Premyer Liqa fərqli turnirlərdi. Bizim Premyer Liqada çalışacağımız nəsə varsa, rəqibimiz artıq istəyinə çatıb. Biz bu oyunda da qələbə qazanmaq istəyirik. Çünki mövsümü dördüncü pillədə başa vura bilərik.
- Kubok və Premyer Liqa fərqli turnirlərdi. Bizim Premyer Liqada çalışacağımız nəsə varsa, rəqibimiz artıq istəyinə çatıb. Biz bu oyunda da qələbə qazanmaq istəyirik. Çünki mövsümü dördüncü pillədə başa vura bilərik.
