1 may 2012 16:32
AFFA Neftçidə lipa futbolçu tapdı
AFFA “Neftçi”nin heyətində “lipa” futbolçu tapıb. Azerisport.az xəbər verir ki, U-13 liqasında çıxış edən “Neftçi”nin heyətində lisenziyası olmayan futbolçu çıxış edib.
Belə ki, “Neftçi” U-13-ün oyunçusu İsa Yusifli “Neftçi” AOC-la matçda lisenziyası olmadan meydana çıxıb. Bu səbəbdən adıçəkilən futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
