1 may 2012 17:57

Qəbələ daha yeddi futbolçusunu yola salır

“Qəbələ” mövsümlərarası fasilədə heyətində bir sıra islahatlar həyata keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bəzi yerli və əcnəbi futbolçularla yollarını ayırmağa hazırlaşır.
 
Belə ki, bölgə təmsilçisi yerli oyunçulardan müdafiəçi Saşa Yunisoğlu və Arif İsayevi heyətində saxlamaqda maraqlı deyil. Hansı ki, bu futbolçular başa çatmaqda olan mövsümdə əsas heyətə düşməkdə çətinlik çəkirdilər. Onların müqaviləsinin müddəti iyunda başa çatacaq və güman ki, tərəflər yeni anlaşma imzalamayacaq. İsayev və Yunisoğlu ilə yanaşı Nodar Məmmədovun da müqaviləsinin yenilənməsi hələlik sual altındadı.
 
Əcnəbi futbolçulara gəlincə, Deon Barton, Abdulkader Kamara, Qrem Smitin taleyi sual altındadı. Eyni zamanda Sergey Sokolov da “Qəbələ”dəki çıxışını başa vura bilər.
 
Maraq üçün xatırladaq ki, Fatih Kavlak hələ mövsüm başa çatmasa da, bir neçə oyunçunu komandasından uzaqlaşdırılıb. Öncə serbiyalı yarımmüdafiəçi Veselko Trivunoviçi heyətdən kənarlaşdıran türkiyəli mütəxəssis son olaraq da Lyuba Baranin və qapıçı Pavel Doroşevin “Qəbələ”dəki çıxışına son qoydu. Lakin son iki futbolçunun bölgə klubundan gedişinə onların zəif çıxışı yox, intizamsızlıqları səbəb oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.