1 may 2012 18:11

Georgi Lomaya: Taleyimiz öz əlimizdədi

Azerisport.az sizi “İnter”in qapıçısı Georgi Lomayanın müsahibəsi ilə tanış edir.
 
- “Xəzər Lənkəran”la qarşılaşma kifayət qədər mürəkkəb alındı. Hər iki komandanın qol vurmaq üçün şansları oldu, ancaq son nəticədə tamaşaçılar qol görmədilər. Oyun barədə fikirlərinizi bilmək istərdik…
- “Xəzər Lənkəran” kifayət qədər mürəkkəb rəqibdi və bu komandaya qarşı oynamaq həmişə çətindi. Ümumiyyətlə, “altılığ”ın finalında asan rəqiblər olmur, axı bütün komandalar səviyyə baxımından öz aralarında təqribən bərabərdi. Bazar günü baş tutan qarşılaşma çox məsuliyyətli və vacib oyun idi, ona görə ki, “Xəzər Lənkəran”ın qələbə qazanacağı təqdirdə birinci yerə şansı qalırdı. Bu matçın bizim üçün də ikinci yer uğrunda mübarizədə böyük rolu vardı. Buna görə də, matç çox əsəbi alındı.
 
- Matçın nəticəsini ədalətli hesab edirsiz?
- Düşünürəm ki, matçın gedişini bir qol həll edə bilərdi, birinci qol vuran komanda bu qarşılaşmada qələbəni qoruyub saxlayacaqdı. Ancaq heç-heçə nəticənin qanunauyğun olduğunu hesab edirəm.
 
- Son iki tur qaldı və “İnter”i sadə olmayan oyunlar gözləyir. Artıq həftənin sonunda komanda “Qarabağ”a səfərə yollanacaq. Qarşıdakı matç barədə nə düşünürsüz?
- Bu oyun ötən qarşılaşmadan daha çətin olacaq. Bu, Ağdam klubu üçün son şansdı, bundan başqa, onlar doğma meydançada oynayacaq və bu üstünlükdən maksimum istifadə etməyə çalışacaq.
 
- Son görüşlərdə komandanın hərəkətlərində sıx qrafiklə əlaqədar müəyyən yorğunluq hiss olunur. Bu vəziyyət mövsümün qalan oyunlarında “İnter”ə mane olmayacaq?
- Belə alındı ki, son zamanlar biz meydançaya 3 gündən bir çıxmalı olduq və bu da belə vəziyyətin yaranmasına gətirib çıxardı. Lakin bir qədər istirahət etmək və bu matça daha yaxşı hazırlaşmaq imkanız yarandı. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Taleyimiz öz əlimizdədi, hər şey özümüzdən asılıdı. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.