1 may 2012 18:52
Petar Zlatinov: Çox şeyi bu oyun müəyyənləşdirəcək
“İnter”in yarımüdafiəçisi Petar Zlatinov Premyer Liqanın 30-cu turunun “Xəzər Lənkəran”la oyunu (0:0), qarşıdakı “Qarabağ”la görüş, eləcə də avrokuboklara düşmək şansları barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Xəzər Lənkəran”la oyunumuz gərgin alındı. Fikrimcə, hər iki komanda qələbə qazanmağı, turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmağı çox istəyirdi. Amma alınmadı. Bərabər səviyyəli bir oyun keçdi. Deməzdim ki, komandalardan hansısa üstünlüyə malik idi. Hər iki komanda qol vurmaq üçün yaxşı vəziyyətlər yaratsa da, bunlardan yararlana bilmədi. Düzdü, bu nəticə “Neftçi”ni vaxtından öncə çempion etdi. Lakin çempionat elədi ki, burda hər kəs özü üçün çalışır. Bu üzdən digər komandaların durumu, aqibəti bizə maraqlı deyildi”.

Zlatinov avrokuboklardan kənar qalmaq təhlükəsinə belə münasibət bildirib: “Bu haqda danışmaq hələ tezdi. Qarşıda hələ iki tur var. Əgər hər iki oyunda qələbə qazansaq, bizim üçün hər şey yaxşı olacaq. Odu ki, başqa qənaətlər hələlik lazım deyil. Çox şeyi “Qarabağ”la oyunumuz müəyyənləşdirəcək. Lakin ondan sonra daha bir oyun olacaq ki, ağdamlılar “Xəzər Lənkəran”la qarşılaşacaqlar. Yəni hər şey mümkündü. Biz hər iki oyunda üç xal üçün mübarizə aparacağıq”.