1 may 2012 19:16
Yunis Hüseynov: Bizə bir qələbə də kifayət edir
Futbol üzrə Azərbaycan Premyer Liqasında sona iki tur qalmış çempionun adı bəlli olsa da, Avropa Liqasına son iki vəsiqə uğrunda mübarizə davam edir. Azerisport.az xəbər verir ki, çempionatın sonuna iki tur qalmış “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov şanslarını belə dəyərləndirib:
“Son iki turun oyunlarının ağır keçəyini düşünürəm. Bu oyunlarda da qalib gəlməyə çalışacağıq. Avrokuboklara vəsiqə uğrunda gedən mübarzədə ən yaxşı şans bizdədi. Avropa Liqasına vəsiqəni təmin etmək üçün bizə bir qələbə kifayət edir. Gərgin mübarizənin şahidi olacağıq. Hansı komandaların vəsiqə qazanacağını əvvəlcədən söyləyə bilmərəm. “Qarabağ” əvvəlcə “İnter”lə, sonra isə bizimlə qarşılaşacaq. Bu oyunların nəticəsindən çox şey asılıdı. Bütün komandalar maksimum güclərini ortaya qoyub qələbə qazanmağa çalışacaq”.
