1 may 2012 11:00

Emrah Çelikel: Son söz Qurban Qurbanovundu

“Qarabağ”ın idman direktoru Emrah Çelikel azerisport.az-a müsahibəsində komandanın son uğursuzluqlarından danışmaqla yanaşı, Quban Qurbanovu müdafiə edib və kiçik dəyişikliklər vəd edib.
 
- Son oyunlarda “Qarabağ”ı ardıcıl uğursuzluqlar təqib edir. Bunu nə ilə bağlayırsız?
- Biz ardıcıl üç oyunda məğlub olduq və bu vəziyyət bizi sevindirə bilməz. Deməzdim ki, pis oynayırıq. Komandanın bəxti gətirmir. Ancaq bizim hələ avrokuboklara düşmək şansımız var. İnanırıq ki, məhz biz Avroliqaya vəsiqə qazanacağıq. Bu yay azarkeşlərimizi yenə sevindirməyə hazırıq.
 
- Oyunçuların sadəcə yorulduğunu hesab etmirsiz ki?
- Ola bilər. Ancaq ümumiyyətlə sadəcə bəxtimiz gətirmir. “Qarabağ” illərlə formalaşmış komandadır. Uşaqlar artıq bir neçə ildir birgə oynayırlar və bir-birini yaxşı anlayırlar. Yorğunluq? Təkrar edirəm - hər şey ola bilər.
 
- Komandanın avrokuboklara düşə bilməyəcəyi təqdirdə güman ki tənqid atəşinə məruz qalacaq Qurban Qurbanova rəhbərliyin mövqeyi necədir?
- Biz məşqçini dəstəkləyirik və onunla işlədiyimizə xoşbəxtik. O, gələcəkdə də komandaya rəhbərliyi davam etdirəcək. Biz Qurbanla gələcəkdə daha böyük qələbələrə nail olacağımıza inanırıq. Başqa heç nə düşünmək belə istəmirəm.
 
- Qışda “Qarabağ” transfer bazarında çox da fəal deyildi. Bəlkə daha keyfiyyətli güclənmək lazım idi?
- Biz həmişə Qurban Qurbanovun komandada görmək istədiyi oyunçu ilə müqaviləyə çalışırıq. Bəzən bu, bizə müyəssər olur. Mən mümkün uğursuzluğun məşqçinin adı ilə bağlanmasını ümumiyyətlə istəmirəm. Biz birlikdə qalib gəlirik və birgə uduzuruq.
 
- “Qarabağ” avrokuboklarsız qalsa nə olacaq?
- Gəlin faciə yaratmayaq. Hələ ki şanlarımız var. Ancaq düşə bilməsək, bizim yerimizə digər Azərbaycan klubu oynayacaq. Biz isə onlara azarkeşik edəcəyik.
 
- Heyəti dəyişikliklər gözləyir?
- Dəyişikliklər istənilən halda olacaq. Hər yaya komandanı kimsə tərk edir. Hər şeyi məşqçi həll edir. Son söz həmişə Qurban Qurbanovun olub.
 
- “Qarabağ”ın stadion tikintisi haqda nə məlumdur?
- Biz Suraxanıdakı stadionun yenidənqurması haqda planlaşdırırıq. Sentyabrda bizim ora köçməyimiz gözlənilir. Layihə artıq hazırdır. Həyata keçirmək qalır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.