1 may 2012 11:15
Azərbaycan yığması itki ilə üzləşdi
Futbol üzrə Azərbaycan yığmasının heyətində may toplanışları ərəfəsində dəyişikliklər baş verib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”ın oyunçusu Hacı Əhmədov milli komandanın toplanışlarında iştirak edə bilməyəcək.
Buna səbəb futbolçunun son oyunda aldığı zədədir. Qeyd edək ki, Əhmədov Berti Foqtsun siyahısında ehtiyat oyunçu qismində idi.
Xatırladaq ki, yığmanın toplanışı mayın 20-i 31-i aralığında nəzərdə tutulub.
