1 may 2012 12:19
Joze Mourinyo Zidanı Realdan uzaqlaşdırır
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo Zinədin Zidanı komandadan uzaqlaşdırmağa çalışır. Azerisport.az xəbər verir ki, Madrid klubunun keçmiş oyunçusu hazırda idman direktoru vəzifəsində çalışır.
Lakin onun işi portuqaliyalı mütəxəssisin ürəyincə deyil. Bu üzdən də Mourinyo Zidanla işbirliyinə son qoymağı hədəfləyib. Böyük ehtimalla “Real” fransızla yollarını ayırmalı olacaq.
