1 may 2012 13:50
Azərbaycan finala çıxa bilmədi (YENİLƏNİB)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Almata şəhərində təşkil olunan “Prezident kuboku” turnirində iştirakını davam etdirir. Azerisport.az xəbər verir ki, yığmamız bu gün turnirdə üçüncü oyununu keçirib.
Təbriz Həsənovun komandasının bu dəfəki rəqibi İran yığmasıydı. Bu beynəlxalq turnirin son qalibi olan millimiz Gürcüstan (1:0) və Türkiyə (2:0) ilə oyunlarda qazandığı (1:0) uğurun davamını bu görüşdə də gətirməyə çalışıb. Çünki bu, finala çıxmaq üçün çox vacib idi. Qrupumuzun əsas favoritlərindən olan İran da ilk iki oyununda qələbə qazandığından, xallar bərabər idi. Bu üzdən də final matçına yalnız qələbə qazanan komanda vəsiqə qazanacaqdı. İranlılara heç-heçə də sərf edirdi. Yığmamız isə mütləq qalib gəlməliydi.
Çox təəssüf ki, yığmamız bunu bacarmayıb. 3 cavabsız qolla qələbə qazanan iranlılar finala çıxıblar. Futbolçularımız isə üçüncü yer uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb.
Qeyd etdiyimiz kimi, Azərbaycan yığmasının qrupunda digər rəqiblər də qonşu ölkə təmsilçiləridi - Gürcüstan və Türkiyə. Bu gün sözügedən komandalar da öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. Görüş sülhlə bitib - 2:2.
Prezident kuboku
Qrup mərhələsi
1 may
Azərbaycan – İran - 0:3 (0:2)
İran yığması 27-ci dəqiqədə hesabı açır - 0:1
45+2-ci dəqiqədə yığmamız ikinci qola üzülür - 0:2
72-ci dəqiqədə komandamız daha bir qol buraxır - 0:3
|
İran
|
3
|
3
|
0
|
0
|
11-3
|
6
|
|
Azərbaycan
|
3
|
2
|
0
|
1
|
3-3
|
6
|
|
Gürcüstan
|
3
|
0
|
1
|
2
|
4-6
|
1
|
|
Türkiyə
|
3
|
0
|
1
|
2
|
3-9
|
1
|
