2 may 2012 00:56

Elxan Abdullayev: Bizim klubları başqalarının xalını saymaq məhv edir

AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində “Neftçi”nin çempionluğundan, klublarımızın avrokuboklardakı şanslarından danışıb.
 
- Mövsümün başa çatmasına iki tur qalsa da, “Neftçi” artıq çempiondu. Bütövlükdə, bu mövsümü necə qiymətləndirərdiz?
- Fikrimcə, mövsümə qiymət vermək üçün sonu gözləmək lazımdı. “Neftçi”ni isə çempionluğu münasibətilə təbrik edirəm. Fikrimcə, bu, layiqli çempionluqdu. Onlar bütün mövsüm boyu sabit oyun sərgilədilər. Böyükağa Hacıyevə görə də şadam. Çoxları ona inanmasa da, Hacıyev sübut etdi ki, çempionluğa nail ola bilər. Şəxsən mən ona əvvəldən inanırdım. Özü də bir məqamı xüsusi vurğulamaq lazımdı ki, “Neftçi” mövsüm boyu heyətində heç bir əlavə etmədən buna nail oldu.
 
- Düşünmürsüz ki, məhz bu məqam “ağ-qaralar”ın avrokuboklarda uğursuzluğuna səbəb ola bilər? Axı heyətdə itkilər mümkündü. Həm də yayda yeni futbolçu alınsa belə, onlar komandaya istənilən faydanı verməyə bilər...
- Hesab edirəm ki, “Neftçi”nin ötən il püşkdə bəxti gətirməmişdi. Düzdü, Çempionlar Liqasında onsuz da zəif komandalar çıxış etmir. Bu dəfə kimin düşəcəyindən də çox şey asılıdı. Yeni futbolçulara gəlincə, mümkündü ki, avrokuboklara qədər onlar 2-3 oyunçu transfer etsinlər. Bunun komandanın hazırlığına mane olacağını düşünmürəm.
 
- Bütövlükdə, klublarımızı qarşıdakı avrokubok oyunlarına hazır hesab edirsiz?
- Hər kəs kimi mən də klublarımızı qrup mərhələsində görmək istəyirəm. Lakin hələlik Azərbaycan klubları Belarus BATE-sinin, Ukrayna klublarının ÇL-də əldə etdiyi uğurlara imza ata bilmir. Bizdə futbol inkişaf etsə də, hələlik bu, nəticə baxımından özünü göstərmir. Avropada uğur qazanmaq üçün nəsə etmək lazımdı. Məsələn, bizim klublar maliyyə baxımından Belarus klublarından daha üstün olduqları halda, bu, heç nəyi dəyişmir. Yenə deyirəm, futbolda əsas nəticədi.
 
- Avrokuboklardakı ən uğurlu təmsilçilərimizdən olan “Qarabağ” bu dəfə qitə miqyaslı turnirlərdən kənar qalmaq təhlükəsiylə üz-üzədi...
- Bu, elə də mühüm əhəmiyyət kəsb etmir. Şəxsən mənim üçün avrokuboklara “İnter”in və “Qarabağ”ın vəsiqə qazanmasının fərqi yoxdu. Əlbəttə, “Qarabağ” son üç ildə avrokuboklardakı çıxışı ilə hamımızı sevindirməyi bacarıb. Amma o vaxt komanda yaxşı formada idi. İndi isə dördüncü pillədə gedirlər və bir halda ki, komandada belə problemlər var, deməli çətin ki, Avropada da bu dəfə nəsə ciddi bir uğur qazana bilərlər. Əgər avrokuboklardan kənar qalsalar, deməli, buna layiq deyildilər. Lakin qarşıda hələ iki tur var və məhz digər klublar da daxil olmaqla “İnter” və “Qarabağ”a uğurlar arzulayıram.
 
- “Qarabağ”lılar daha çox FİFA-nın “Xəzər Lənkəran”la bağlı çıxardığı və sonradan ləğv etdiyi qərarlara qurban getdiklərini bəyan edirlər...
- Fikrimcə, hazırda motivasiyadan danışmaq vaxtı deyil. Həm də başqalarının xallarına baxmaq lazım deyildi. Bax bizim klubları da bu məhv edir. Hər oyuna xüsusi hazırlaşmaq lazımdı. Başqalarının xallarını hesablamaq lazım deyildi. Özün qələbə qazanmağa çalışmalısan. Əlbəttə, FİFA-nın qərarları da xoşagələn hal sayıla bilməz. Özü də mövsümün belə bir vaxtında. Amma FİFA-da da insanlar çalışır və onlar da səhvə yol verə bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.