2 may 2012 13:38
“Neftçidə ancaq baş məşqçi dəyişib”
“Sumqayıt”ın yarımmüdafiəçisi Mahmud Qurbanov azerisport.az saytına müsahibəsində komandasının çıxışından, Premyer Liqadan, eləcə də məşqçilik kurslarına başlamasından danışıb.
- Komandanız mövsümün sonuna doğru axırıncı pillədə qərarlaşıb. Bu gedişlə nə olacaq?
- “Sumqayıt” hazırda pis vəziyyətdədi. Komanda elitada qalmaq üçün son iki oyununda mütləq qələbə qazanmalıdı. Hesab edirəm ki, biz Premyer Liqanı tərk etməməliyik. Amma əgər oynaya bilmiriksə, nə etmək olar?

- Soz özünüzü birinci divizionda təsəvvür edirsiz?
- Gələcəkdə necə olacağını dəqiq bilmirəm. Özüm hazırda məşqçilik kursuna yazılmışam. Klubla müqaviləmin müddəti ilin sonunda başa çatacaq. Düşünmürəm ki, yeni müqavilə bağlaya bilərik.

- Deməli, sakitcə getməyi qərara almısız?
- Hər şey təklifdən asılıdı. Əgər onlardan təklif gəlsə, baxacağam. Əks halda yox. Bir şeyi dəqiq bilirəm ki, birinci divizionda oynamayacağam.

- Premyer Liqaya “Qaradağ Lökbatan”la “Karvan” gəlməlidi. Lakin onların da hazırda lisenziya ilə bağlı problemləri var...
- Mən bu komandaların necə oynadığını görməmişəm. Heç “Qaradağ Lökbatan”ı kimin çalışdırdığını da bilmirəm. Hələlik bu klubların elitada çıxış etmələrinə razı olub-olmayacaqları məlum deyil. “Qaradağ Lökbatan” birinci divizionun çempionu olsa da, bu, hələ heç nə demək deyil.
- “Neftçi”nin çempionluğu sizi təəccübləndirdimi?
- Əgər onlar çempion olublarsa, deməli buna layiqdilər. Özü də bunu vaxtından öncə rəsmiləşdirdilər. Amma mənə elə gəlir ki, onlara mütləq güclənmək lazımdı. Çünki Çempionlar Liqasının səviyyəsi çox yüksəkdi.

- Sizcə, Böyükağa Hacıyevin “Neftçi”si ötən mövsümkü komandadan nə ilə fərqlənir?
- Ancaq məşqçi dəyişib. Qalan hər şey olduğu kimi qalmaqdadı. Əlbəttə, qazanılan uğurda baş məşqçinin də xidmətləri var. Amma bütövlükdə götürəndə “Neftçi” elə əvvəlki komandadı.

- “Neftçi”nin “qızıl dubl”a imza atmaq şanslarını necə qiymətləndirirsiz?
- Şanslar bərabərdi. Amma “Bakı” da zəif deyil. Aydın məsələdi ki, komandalardan heç biri güzəştə getməyəcək.

- Bəs “Qarabağ”ın avrokuboklardan kənarda qalması ehtimalı ilə bağlı nə düşünürsüz?
- “Qarabağ”ın çıxışı məni təəccübləndirir. Mən komandanın belə vəziyyətə düşəcəyini gözləməzdim. Onlar adətən bizi yaxşı nəticələri ilə sevindirirlər. Amma bu mövsüm hələ ki, bunu bacarmırlar.