2 may 2012 13:54
Qarabağ İnterlə oyun üçün hazırlığa başladı
“Qarabağ” “İnter”lə oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, bazar günü “Neftçi”ylə qarşılaşan komanda ertəsi yüngül məşqlə kifayətlənmişdi.
Dünən komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 günlük istirahət vermişdi. Bu gündən isə ağdamlılar cari mövsüm keçirəcəyi sonuncu ev oyunun hazırlığa start veriblər.
“Qarabağ”da Əfran İsmayılov mövsümü qapamışdısa, son oyunda qırmızı vərəqə alan Maksim Medvedev 1 oyunluq cəzasını “bankirlər”lə oyunda yuyacaq. Əvəzində Namiq Yusifov 1 oyunluq cəzasını başa vuraraq sıraya dönüb.
“Qarabağ” günün tək məşqini 16:00-da Suraxanı qəsəbə stadionunda keçəcək.
