2 may 2012 15:12
Vitali Borisov: Milli komandadan imtina etmək istəmədim
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov çimərlik futbolu üzrə millimizə dəvət almasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çimərlik futbolu üzrə yığmamızın məşqçilər korpusu mənə bu toplanışda iştirak etmək təklifi ilə müraciət ünvanladı. Yığma komanda olduğunu nəzərə alıb, imtina etmək istəmədim. Bu komandaya futzal çempionatı başa çatdıqdan sonra qoşulacağam. İki il öncə çimərlik futbolunda oynadığım üçün müəyyən təcrübəm var. Mən o vaxt hətta yığmamızın heyətində Avropa çempionatının seçmə mərhələ oyunlarında da çıxış etmişdim. İngiltərədə keçirilən seçmə mərhələ oyunları zamanı həm meydan sahiblərini, həm də almanları məğlub etmişdik. Əgər bu dəfə də milliyə dəvət ediblərsə, niyə də kömək etməyək”?

Qeyd edək ki, mayın 7-dən 20-dək AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Toplanışa dəvət olunanlar siyahısında məhz Vitali Borisov, eləcə də onun kimi futzalla məşğul olan Namiq Məmmədkərimovun da adı var. Lakin Vitali Borisovla Namiq Məmmədkərimov komandanın hazırlıq prosesində mayın 14-dən etibarən iştirak edəcəklər.