2 may 2012 15:37

Fərid Quliyev: Nasimovun zədəsi mənim üçün şansdı

“Neftçi”nin hücumçusu Fərid Quliyev azerisport.az saytına müsahibəsində karyerasında ikinci dəfə Azərbaycan çempionu olmasından, son dövrlər daha çox şans qazanmağa başlamasından, eləcə də kuboku qazanmaq şanslarından danışıb.
 
- “Neftçi” sona iki tur qalmış artıq çempionluğunu rəsmiləşdirdi. Bu, sizin karyeranızda ikinci çempionluq olmalıdı...
- Bəli. İlk çempionluğu “Bakı” ilə yaşamışdım. Yeri gəlmişkən, elə o vaxt da komandanı Böyükağa Hacıyev çalışdırırdı. Bu dəfə də eyni uğuru məhz onun rəhbərliyi altında qazana bildim.
 
- Görünür, sizdə yaxşı tandem alınır...
- (gülür) Ola bilər. Amma sizə deyim ki, bu dəfə daha çətin oldu. Çünki “Neftçi” çempionluq titulunu qorumaq istəyirdi ki, bu da ikiqat çətinliklə başa gəldi. Axı titulu qorumaq onu ilk dəfə qazanmaqdan daha çətin olur. Mövsümün əvvəlində bunun belə olacağına çox az adam inanardı.
 
- Mövsümün böyük hissəsini ehtiyatda keçirsəniz də, son dövrlər tez-tez meydana çıxmağa başlamısız...
- Təəssüf ki, Bahodir Nasimov mövsümün sonunda belə zədə ilə üzləşdi. Amma bu bir tərəfdən də mənim üçün bir şansdı. Mövsümün sonunda daha çox oynamağa başlamışam. Şadam ki, meydana çıxdığım oyunlarda komandamızın nəticələri pis deyil. Əksinə, biz həm çempion olduq, həm də kubokun finalına çıxdıq.
 
- Niyə bu mövsüm çox az oynayırsız? Belə çıxır ki, Nasimovla rəqabətdə uduzursuz?
- “Neftçi” son dövrlər bir forvardla oynayır və bu oyunçu da mütəmadi olaraq qol vurur. Qol vuran oyunçunu dəyişməyin nə mənası var? Əgər komandamız iki hücumçu ilə çıxış etsəydi, o zaman əminəm ki, daha çox oynamaq şansım olardı.
 
- Buna baxmayaraq, hələ də qol vura bilməmisiz...
- Hələ üç oyun oynamışam. Amma bu, o demək deyil ki, komandama heç bir fayda verməmişəm. Əksinə “İnter”i, “Qarabağ”ı məğlub etdik. Təbii ki, özüm də qol vurmaq istəyirəm. Qarşıda daha iki oyun var. Mənim də bu istəyimi reallaşdırmaq imkanım olacaq.
 
- Mövsümün sonunda sizin müqavilənizin müddəti başa çatır. Gələcəklə bağlı planlarınız necədi?
- Hələ o dərəcədə irəli baxmıram. Qarşıda “Neftçi”ni iki çempionat oyunu və kubokun final matçı gözləyir...
 
- Deməli, sizin özünüzü isbatlamaq və nahaq yerə ehtiyatda qaldığınızı sübut etmək imkanınız var...
- Heç kimə nəyisə sübut etmək istəmirəm. Sadəcə, komandama kömək etmək istəyirəm ki, kuboku da qazana bilək. Çünki bunu çoxdandı qazana bilmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.