2 may 2012 16:55
Təbriz Həsənov hakimi birtərəfli oyun idarə etməkdə suçladı
Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Qazaxıstan və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandamızın penaltilərlə uduzduğu görüşü belə şərh edib:
“Əzmkar və baxımlı oyuna görə futbolçularıma təşəkkür edirəm. Qazaxıstan yığmasından üstün oyun nümayiş etdirdik. Qalib gəlməli olduğumuz qarşılaşmada hakimin birtərəfli oyun idarə etməsi ucbatından heç-heçə etdik. Hakim səbəb olmadan qapımıza penalti təyin etdi. Bundan əlavə, qaydalar çərçivəsində vurulmuş qolumuzu qeydə almadı. Bu turnir uşaqların oyun təcrübəsini artırmaq baxımından əhəmiyyətli idi”.
