2 may 2012 17:11
Elnur Allahverdiyev milliyə dəvət olundu
Futbol üzrə Azərbaycan yığmasının heyətinə daha bir futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev Azərbaycan milli komandasının mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışına dəvət olunub.
Xatırladaq ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
