2 may 2012 17:49

Sumqayıtda DÇ-2012-nin təbliğatı (FOTOREPORTAJ)

FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri “Sumqayıt” Futbol Klubunun təşəbbüsü və “Sağlam Düşüncə” Gənclər Təşkilatının dəstəyi ilə Sumqayıt gəncləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, “Azərikimya” İstehsalat Birliyinin akt zalında baş tutan tədbirdə YTK-nın nümayəndələri Vüqar Rüstəmli və Nərmin Abbasova çempionatın ümumi tanıtımı və könüllülük proqramının təqdimatı, böyük futbol turnirinə hazırlıq çərçivəsində görülən işlər haqında məlumat verib.
 
Tədbirdə iştirak edənlər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumat əldə ediblər. Görüşdə həmçinin dünya çempionatında gənclər üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumat verilib. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıran Sumqayıt gəncləri dünya çempionatının rəsmi markalarını özündə əks etdirən müxtəlif növ hədiyyələrlə mükafatlandırılıb.
 
Tədbirdə “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov ilə yanaşı Sumqayıt Şəhər Təhsil Şöbəsinin, “Sağlam Düşüncə” Gənclər Təşkilatının, YAP Sumqayıt Şəhər Təşkilatının və “Azərikimya” İB-nin nümayəndələri də iştirak ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.