2 may 2012 11:38
Azərbaycan meydan sahiblərinə rəqib oldu
Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız üçüncü yer uğrunda oyunda Qazaxıstan komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
