2 may 2012 14:54

Millimiz Qazaxıstana penaltilərlə məğlub oldu (YENİLƏNİB)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Qazaxıstanın Almata şəhərində təşkil olunan “Prezident kuboku” turnirində son oyununa çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız turnirin bürünc medallarını qazanmağa çalışıb.
 
Təbriz Həsənovun komandasının bu dəfəki rəqibi meydan sahibi - Qazaxıstan yığmasıydı. Bu beynəlxalq turnirin son qalibi olan millimiz bu dəfə maksimum üçüncü yeri tutmaq şansına malik idi. Lakin təəssüf ki, komandamız bu dəfə mükafatçılar sırasına düşə bilməyib. Qarşılaşmada hesabı penalti zərbəsi ilə Qazaxıstan yığması açıb. Fəhmin Muradbəylinin cavab qolu hesabda tarazlıq yaradıb. Oyun bu hesabla başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Mahir Mədətov, Ülvi Süleymanov, İlyas Səfərzadə və Mənsur Nəhavəndi zərbələri dəqiq yerinə yetirsə də, Elnur Cəfərov penaltini sərrast vura bilməyib. Beləliklə, yığmamız penalti seriyasında 4:5 hesabı ilə məğlub olub.
 
Xatırladaq ki, yığmamız qrup mərhələsində Gürcüstan (1:0) və Türkiyə (2:0) ilə oyunlarda qələbə qazansa da, bunun davamını İranla oyunda (0:3) gətirə bilməmişdi və qrup ikincisi kimi üçüncü yer uğrunda mübarizə aparmalı olmuşdu.
 
Bu gün baş tutan 7-ci yer uğrunda oyunda Gürcüstan Türkmənistanı 2:0 hesabıyla məğlub edib. Türkiyə isə 5-ci yer uğrunda keçirilən oyunda Ermənistanı üstələyib (1:1, penaltilərlə - 5:4). Turrnirin finalında isə İranla Macarıstan qarşılaşacaq.
 
Prezident kuboku
3-cü yer uğrunda oyun
 
Qazaxıstan - Azərbaycan - 1:1 (penaltilərlə 5:4)
 
50-ci dəqiqədə qazaxlar penaltini dəqiq yerinə yetirərək hesabı açırlar - 1:0
59-cu dəqiqədə yığmamız buraxlan qolun əvəzini çıxmağı bacarır - 1:1
Matçın əsas vaxtı heç-heçə bitdiyindən qalibi penaltilər müəyyənləşdirəcək
11 metrlik zərbələrdə daha dəqiq olan qazaxlar bürünc medallara sahib çıxırlar - 5:4

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.