2 may 2012 12:31
31-ci turun oyunları eyni gündə, eyni saatda
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında 31-cu turun proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, turun bütün oyunları 4 may tarixində keçiriləcək.
Qarşılaşmaların başlama vaxtı və keçiriləcəyi stadionları təqdim edirik.
Əvəzedicilərin çempionatı
31-ci tur
4 may (cümə)
Kəpəz – Neftçi
Gəncə. Şəhər stadionu.
İnter – Bakı
Bakı. "Şəfa" stadionu.
AZAL – Qəbələ
Bakı. AZAL Arena.
Xəzər Lənkəran – Simurq
Lənkəran Olimpiya Kompleksinin stadionu.
Turan – Rəvan
Tovuz rayon Qaraxanlı qəsəbə stadionu.
Qarabağ – Sumqayıt
Bakı. "Şəfa" stadionu. 4-cü meydança.
Bütün qarşılaşmalar saat 17:30-da başlayacaq.
