3 may 2012 13:30
AFFA-dan daha bir stadion (FOTOREPORTAJ)
AFFA və AccessBank tərəfindən Suraxanı rayonundakı 65 saylı orta məktəbin ərazisində inşa olunmuş süni örtüklü meydançanın bu gün açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, AFFA-nın baş katibi Elxan Məmmədov və AccessBankı- nümayəndəsi Amil Hüseynov çıxış edərək, ölkəmizdə idmanın müxtəlif növlərinin inkşiaf etdiyini, paralel olaraq infrastrukturun müasir tələblər səviyyəsində qurulduğunu bildiriblər. Qeyd olunub ki, açılışı keçirilən süni örtükü meydança məktəblilərin futbolla daha rahat şəkildə məşğul olmasına şərait yaradacaq.
Çıxışlardan sonra tədbirin iştirakçıları rəmzi olaraq topa zərbə vurublar. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra meydançada “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində dərs başlayıb.
