3 may 2012 14:07
Fatih Kavlak: Mahir Şükürovla bağlı məsələ klubun daxili işidi
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 31-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi komandasının durumunu, şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hələ Avropa Liqasına yollanmaq şansımız qalır. Biz, bu yolda sona kimi mübarizəmizi davam etdirmək istəyirik. Qarşıda bizi “Xəzər Lənkəran” və “Neftçi” ilə çox çətin oyunlarımız var. Özü də hər iki qarşılaşma səfərdə keçiriləcək. Şübhəsiz ki, “Xəzər Lənkəran”a qarşı oynamaq çox çətin olacaq. Rəqibimiz yaxşı dəstəyə malik olacaq. Amma buna baxmayaraq, biz Lənkərana qələbə üçün gedirik. Başqa nəticə bizi heç cür qane etmir”.

Türkiyəli mütəxəssis komandasının itkilərindən danışarkən kapitan Mahir Şükürovun ümumi məşqlərə qatılmamasını şərh etmək istəməyib: “Bu oyunu Murad Hüseynovla Mahir Şükürov buraxmalı olacaq. Mahirin məşqlərə qatılmamasına gəlincə, bu, klubun daxili işidi. Bu haqda danışmaq istəmirəm”.