3 may 2012 14:48
Saşa Stamenkoviç: Avropada da ciddi uğurlar qazanmağa hazırıq
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç komandasının vaxtından öncə qazandığı çempionluq, eləcə də Çempionlar Liqasındakı şansları barədə danışıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Sona iki tur qalmış çempionluğu qazandıq. Prinsipcə, artıq çoxdan məlum idi ki, çempionatın qalibi məhz “Neftçi” olacaq. Amma məhz “Xəzər Lənkəran”ın son turda “İnter”lə heç-heçəyə razılaşması bizim qızıl medalları vaxtından öncə təmin etməyimizlə nəticələndi”.

27 yaşlı serbiyalı çempion komandasını tərifləməyi də yaddan çıxarmır: “Klubda hər şey yüksək səviyyədə təşkil olunub. Burda hər xırda detala da xüsusi diqqət yetirilir. Hesab edirəm ki, bu cür işlə biz Avropada da ciddi uğurlar qazanmağa hazırıq. Qarşıdakı Çempionlar Liqasında biz daha çox şeyə nail olmaq istəyirik”.
Stamenkoviç Rauf Mehdiyevlə rəqabətdən də danışıb: “Bu mövsüm mən 30 oyundan 21-də çərçivəni qorumuşam. Fikrimcə, yaxşı oynamışam. “Qarabağ”la son oyunda hətta penalti də qaytardım. Odu ki, növbəti mövsümdə də bu tempdə davam edəcəyimə ümidliyəm”.