3 may 2012 17:10
Azərbaycanda yeni yaradılan kluba baş məşqçi təyin olundu
"Sərhədçi" (Astara) futbol klubuna Fazil Əsədov baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, Fazil Əsədov 1982-ci ildə yeniyetmələr arasında SSRİ çempionu, "Ümid" kubokunun qalibi, qızıl medal sahibi və idman ustalığına namizəddi.
O, SSRİ çempionatının II dəstəsində çıxış edən "Xəzər" (Lənkəran), "Vosxod" (Sumqayıt), "Avtomobilçi" (Mingəçevir) furbol klublarında oynayıb. Azərbaycan çempionatında Masallının "Viləş", Buzovnanın "Xəzri", Lənkəranın "Xəzər" komandasında çıxış edib. UEFA-nın "B" kateqoriyasının təmsilçisi, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisidi.
Fazil Əsədov "Xəzər Lənkəran" futbol klubunun əvəzedici heyətində, Lənkəranın "Xəzər Lənkəran 2", Masalının "Masallı" komandalarında baş məşqçi olub.
Yeni yaradılan klub Fazil Əsədovun qarşısına bir sıra öhdəliklər qoyub. O, mübariz bir komanda formalaşdırmağı da öz öhdəsinə götürüb.
