3 may 2012 17:34
Neftçi legionerlərsiz oynayacaq
Yeni Azərbaycan çempionu adını qazanan “Neftçi” Premyer Liqanın qalan 2 turunda əsas heyətlə mübarizə aparmayacaq. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın məşqçilər korpusu aparıcı futbolçuların əksərinə istirahət verməyə hazırlaşırlar.
Onların son iki görüşdə “Neftçi”nin əvəzedici komandasında çıxış edən və ehtiyatda qalan futbolçulara şans verməsi gözlənilir. Artıq indidən Flavinyo ilə İqor Mitreskinin son iki turda meydana çıxmayacağı dəqiqdi. Lakin onlara başqa aparıcı futbolçuların da qoşulması ehtimalı yüksəkdi.
Maraq üçün xatırladaq ki, sona iki tur qalmış qızıl medalları özü üçün təmin edən paytaxt klubu 31-32-ci turlarda müvafiq olaraq “Bakı” və “Qəbələ” ilə qarşılaşacaq.
