3 may 2012 17:55
Hollandiyada çempion yenə Ajax oldu
Futbol üzrə Hollandiya Erediviziyasında cari mövsümün çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, çempionatın sonuna 1 tur qalmış "Ajax” qızıl medalları özü üçün təmin edib.
Amsterdam təmsilçisi doğma azarkeşləri önündə "Venlo"nu 2:0 hesabı ilə məğlub edərək tarixi ərzində 31-ci dəfə çempion olub. Maraq üçün xatırladaq ki, “Ajax” ötən mövsüm də çempion olmuşdu.
