3 may 2012 18:14

Mahir Şükürov: Yunis Hüseynov məni komandasında görmək istəyir

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov son zamanlar kapitanı olduğu “Qəbələ”nin məşqlərinə qatılmır. Azerisport.az xəbər verir ki, hazırda Sumqayıtdakı evində olan 30 yaşlı müdafiəçi klubla daha 1 il qüvvədə olan müqaviləsini pozmağa hazırlaşır.
 
Onun növbəti mövsümdən “Xəzər Lənkəran”da çıxış edəcəyi bildirilir. Bu səbəbdən, Premyer Liqanın son 2 turunda Şükürovun meydana çıxması real deyil.
 
“Qəbələ”nin baş meneceri Zaur Əzizov açıqlamasında təcrübəli futbolçunun məşqlərdən kənarda qaldığını təsdiqləyib. Əzizovun sözlərinə görə, Şükürov ailə problemləri ilə əlaqədar rəhbərlikdən icazə istəyib. Digər tərəfdən, müdafiəçi həm ötən tur “Bakı”, həm də növbəti turda “Xəzər Lənkəran”la oyunda cəzalı duruma düşdüyündən, meydana çıxmayacaq. Bütün bunları nəzərə alan klub rəhbərliyi oyunçuya icazə verib. “Qəbələ” rəsmisi mövsümün sonunda Şükürovla görüşərək komandadakı gələcək taleyinə aydınlıq gətirəcəklərini də əlavə edib.
 
Futbolçunun özü isə atasının müalicəsi ilə əlaqədar icazə alaraq, evinə gəldiyini söyləyib. Yığmamızın oyunçusu heç bir klubla danışıqlar aparmadığını, lakin “Xəzər Lənkəran”ın onunla maraqlanmasından xəbərdar olduğunu deyib: “Bilirəm ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov məni öz komandasında görmək istəyir. Vaxtilə “Karvan”da da onun rəhbərliyi altında çıxış etmişəm, oyunuma bələddir, meydandan kənarda gözəl münasibətlərimiz var. Amma heç bir klubla danışıqlar aparmamışam. Növbəti mövsümü hansı komandada keçirəcəyim barədə indidən danışmaq istəmirəm. Bu mövsümün sonunda “Qəbələ” rəhbərliyi ilə danışıqlar stolu arxasında oturacağam. Düzdür, bu klubla ötən il 2 illik müqavilə bağlamışam. Amma anlaşmamda belə bir bənd var ki, ikinci mövsümdə də komandada qalmağıma rəhbərlik qərar verməlidir. Ona görə mövsüm başa çatmamış başqa klubla danışıqlardan söhbət gedə bilməz”.
 
Şükürov hazırda 5-ci pillədə olan “Qəbələ”nin Avropa Liqasına vəsiqə şanslarının təkcə öz əlində olmadığını da bildirib. Onun fikrincə, “İnter” və ya “Qarabağ”ın 3-cü pilləni əldən verəcəyi inandırıcı deyil.
 
Qeyd edək ki, Mahir Şükürov ötən il avqustun 19-da Premyer Liqanın III turu çərçivəsində AZAL-la oyun zamanı rəqibinə kəllə atdığı üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb. Lakin Apellyasiya və Ekspert Komitəsi futbolçunu cəzasını 3 oyuna endirib, daha 1 oyunu isə 9 aylıq sınaq müddəti tətbiq edilməklə ləğv edib. Heç 9 ay keçməmiş o, XXIX turun “İnter”lə səfər matçında qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi futbolçunu 1 oyunluq diskvalifikasiya etsə də, əvvəlki 1 matçlıq şərti cəzası da buna əlavə olunub. Nəticədə “Qəbələ”nin kapitanı 2 oyunu kənardan izləməli olacaq. O, yalnız son turda “Neftçi” ilə qarşılaşmada meydana çıxa bilər. (Lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.