4 may 2012 00:34
Premyer Liqa: 31-ci turun təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 31-cu turun oyunlarına təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları şənbə və bazar günü keçiriləcək.
Qarşılaşmaların yarısı şənbə, qalanları isə bazar günü baş tutacaq. İlk oyun günündə iddialılar, son gündə isə autsayderlər üz-üzə gələcəklər.
Təyinatlara gəlincə, AFFA və PFL ənənəsinə uyğun olaraq AFFA nümayəndəsi və hakim-inspektorların təyinatlarını açıqlayıblar. Hakim təyinatları isə oyun günlərində açıqlanacaq.
Premyer Liqa
31-ci tur
5 may (şənbə)
Xəzər Lənkəran – Qəbələ
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Lənkəran. Şəhər stadionu.
Qarabağ – İnter
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Bakı – Neftçi
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
6 may (bazar)
Simurq – Rəvan
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Zaqatala. Şəhər stadionu.
Kəpəz – Turan
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu.
Sumqayıt – AZAL
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. Dalğa Arena.
Bütün qarşılaşmalar saat 17:30-da başlayacaq.
