4 may 2012 00:55
Rauf Əliyev: Mənə bircə qol lazımdı ki...
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev Premyer Liqanın 31-ci turunun “İnter”lə oyunu ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu oyuna çox ciddi hazırlaşırıq. “İnter”lə oyun demək olar ki, hər şeyə tam aydınlıq gətirəcək. Avropa Liqasına bizim və ya onların gedəcəyi məhz bu görüşdə bilinməlidi. “İnter”lə oynamaq həmişə çətin olur. Bu komanda daha çox müdafiə futboluna üstünlük verir. Bizim son nəticələrimiz də sevindirə bilməz. Bu, istər-istəməz komandadakı atmosferə də təsirsiz ötüşmür. Amma biz hər şeyi edirik ki, nəticə qazanaq, vəziyyətimizi yaxşılaşdıraq. Mənə gəlincə, təbii ki, qol vurmağa çalışıram. Mənə indi bircə dəfə fərqlənmək lazımdı ki, qolun dadını hiss edim. Ondan sonra davamı gələcək”.