3 may 2012 11:28

Fərhad Vəliyev: Ehtiyatda qalmaq istəmirəm

“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev azerisport.az saytına müsahibəsində Boyan Pavloviçlə rəqabətdə ehtiyatda qalmasından, komandasının avrokuboklara düşmək şanslarından və gələcək karyerasından danışıb.
 
- Bu mövsümü sizin aktivinizə yazmaq olmaz. Gələcək üçün hansı planlarınız var?
- Bu mövsümün sonunda mənim “Qarabağ”la müqaviləmin müddəti başa çatacaq. Hələ komandada qalıb-qalmayacağımı bilmirəm. Təbii ki, hazırkı vəziyyətim məni qane etmir. Mən ehtiyatda qalmaq istəmirəm.
 
- Komandada bu cür qalmaq istəmirsiz?
- Bunu dəqiq deyə bilmərəm. Mövsüm başa çatdıqdan sonra rəhbərliklə görüşüb komandadakı gələcək taleyimə aydınlıq gətirəcəm. Ola bilsin ki, getməli oldum. Bir daha qeyd edirəm ki, mən oynamaq istəyirəm, ehtiyatda oturmaq yox.
 
- Digər klublardan dəvət almısız?
- Ciddi maraqlanan olmayıb. Heç indi bunun mənası da yoxdu. Mümkün dəvətlər adətən mövsüm bitəndən sonra olur. “Qarabağ”dan gedəndə də çalışacağam ki, ambisiyalı kluba keçim.
 
- Bu, ilk mövsümdü ki, siz demək olar meydana çıxmaq şansı qazanmadınız. Komandanız isə bu mövsümü avrokuboklarsız qapaya bilər...
- Mən bunu özümlə əlaqələndirmək istəməzdim. Futbol komanda oyunudu. Biz mövsümün final mərhələsinə başlayanda hətta lider olmaq üçün gözəl şansa malik idik. Lakin sonradan hər şey dəyişdi. Buna baxmayaraq, indi də Avropa Liqasına vəsiqə qazanmaq şansımız qalmaqdadı. Hər şey öz əlimizdədi. Əgər “İnter”lə “Xəzər Lənkəran”ı məğlub etsək, komanda öz istəyinə çatmış olacaq.
 
- Komandanın bu cür çıxışının səbəbi nədi?
- Bir çox idman amillərini sadalamaq olar. Amma mən hadisələri qabaqlamaq istəməzdim. Çünki biz hələ bürünc medalları qazanmaq şansımızı itirməmişik.
 
- Elə bir oyun olub ki, həmin matçdan sonra öz-özünüzə deyəsiz ki, “mən oynasaydım, uduzmazdıq”?
- Xeyr. Belə bir şey düşünməmişəm. Hesab edirəm ki, belə yanaşma düzgün olmazdı. Bu, komanda ruhuna yaddı.
 
- Deməli, siz Boyan Pavloviçin oyunundan danışmaq istəmirsiz?
- Əgər komanda pis nəticə qazanırsa, bunda bütün komanda günahkardı. Bu, komanda idman növüdü və udanda da, uduzanda da bütün kollektivin əməyi olur. Sadəcə öz həmkarımın çıxışından danışmaq istəməzdim.
 
- Əgər komanda Avropa Liqasına vəsiqə qazansa, komanda qalmaq şanslarınız arta bilərmi?
- Hər şey mənim klub rəhbərliyi ilə görüşümdən sonra məlum olacaq. Mən daha çox meydanda olmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.