3 may 2012 00:02
Yığmamızın hücumçusu oynamadı, komandası uduzdu
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin üzvünün çıxış etdiyi komanda qardaş ölkə çempionatının final mərhələsində “İstanbul BB” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də Cihanın komandası cəmi bir neçə gün öncə səfərdə uduzduğu bu rəqibindən mütləq qisas almaq istəyirdi. Lakin sivaslılar ev oyununda da bu komandaya məğlubiyyətdən qaça bilməyiblər.
Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana şans verməyib. Millimizin üzvü ümumiyyətlə görüşün iştirak ərizəsinə salınmayıb.
Türkiyə Super Liqası
Super Final
Avropa qrupu
2 may
Sivasspor - İstanbul BB - 1:2
