3 may 2012 12:19
Messidən yeni dünya rekordu
İspaniyanın “Barcelona” klubunun futbolçusu Lionel Messi yeni rekorda imza atıb. Azerisport.az xəbər verir ki, La Liqanın 36-cı turunda “Malaga” ilə qarşılaşmada het-trik edən argentinalı hücumçu mövsüm ərzində vurduğu qolların sayını 68-ə çatdırıb.
Bunlardan 46-sı La Liqa, 2-si Kral Kuboku, 3-ü İspaniya Superkuboku, 1-i UEFA Superkuboku, 14-ü Çempionlar Liqası, 2-si klublararası dünya çempionatında qeydə alınıb. Əvvəlki nailiyyət Almaniyanın “Bayern” klubunun forvardı Herd Müllerə məxsus idi. Müller 1972-1973-cü il mövsümündə müxtəlif turnirlərdə 67 qol vurmuşdu.
