3 may 2012 12:55
Mahir Şükürov Qəbələnin məşqlərinə çıxmır
“Qəbələ”nin kapitanı Mahir Şükürov komandanın məşqlərində iştirak etmir. Azerisport.az xəbər verir ki, buna səbəb onun diskvalifikasiya səbəbindən 31-ci turun “Xəzər Lənkəran”la oyununda iştirak etməyəcəyi göstərilir.
Lakin onun məşqlərə qatılmamasına başqa bir səbəb də göstəriir. Belə ki, millimizin üzvünün artıq “Xəzər Lənkəran”a keçməklə bağlı anlaşma əldə etdiyi bildilir. Bu üzdən də onun mövsümün son turunda “Neftçi” ilə görüşdə də forma geyməməsi istisna olunmur.
