4 may 2012 12:59
Portuqaliya Bakıya Paulu Bentu ilə gələcək
Portuqaliya Futbol Federasiyası bu ölkənin yığma komandasının baş məşqçisi Paulu Bentu ilə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, “Sporting”in sabiq çalışdırıcısı daha iki il Portuqaliya millisinini sükanı arxasında çalışacaq.
Qeyd edək ki, Bentunun indiki müqaviləsinin müddəti AÇ-2012-dən sonra başa çatacaqdı. Amma yeni müqavilədən sonra bu mütəxəssisin ən azı DÇ-2014-ün seçmə mərhələsində də yığmanın sükanı arxasında qalacağı dəqiqləşib.
Xatırladaq ki, Bentu 2010-cu ilin sentyabr ayında Karluş Keyruşu əvəzləyib. Onun gəlişindən sonra portəgizlər AÇ-2012-nin seçmə mərhələsində uğurlu çıxış etməklə, qitə çempionatına vəsiqə qazana bildilər. 42 yaşlı mütəxəssis qarşıdakı AÇ-yə 23 futbolçu çağırmağa hazırlaşır. Portəgizləri qitə birinciliyinin qrup mərhələsində Almaniya, Danimarka və Hollandiya ilə görüşlər gözləyir.
Sonda onu da əlavə edək ki, Portualiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda qərarlaşıb.
Sonda onu da əlavə edək ki, Portualiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda qərarlaşıb.
