4 may 2012 13:58

“Qarabağ Avroliqaya getmək istəyirsə, bizi məğlub etsin”

“İnter”in hücumçusu Girt Karlson Premyer Liqanın 31-ci turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Komandanız “Qarabağ”la oyuna hazırdı?
- Bəli. Bütün həftəni bu həlledici oyuna hazırlaşmağa həsr etmişik. Demək olar ki, artıq oyuna hazırıq.
 
- Nə dərəcədə yaxşı?
- Çox yaxşı. Maksimum nəticəyə nail ola biləcək qədər.
 
- Quzanlıda qələbə qazanmaq istəyirsiz?
- Biz buna Lənkəranda nail olmuşuq. Niyə eyni uğuru Quzanlıda da qazanmayaq?
 
- Siz o qədər əmin danışırsız ki, sanki rəqibiniz çox zəifdi...
- Xeyr. Düzdü, “Qarabağ” son dövrlər inamlı təsir bağışlamır. Amma hər bir komandada eniş dövrü olur. Bu, o demək deyil ki, bizə onlarla qarşılaşmada asan olacaq. Ən azından ona görə ki, ağdamlılar da Avropa Liqasına vəsiqə qazanmaq istəyirlər.
 
- Rəqibi daha çox hansı cəhətinə görə təhlükəli hesab edirsiz?
- “Qarabağ” bir çox cəhətlərinə görə təhlükəli rəqibdi. Onların ən təhlükəli cəhəti kombinasiyalı hücumlarıdı. Onlar rəqibin cərimə meydançasına asanlıqla daxil olub, təhlükəli vəziyyət yarada bilirlər.
 
- Siz qələbədən dəm vursanız da, hətta heç-heçə də “İnter”i qane edir...
- Düzdü. Amma buna görə 90 dəqiqə qapımızın qarşısında oturmağa hazırlaşmırıq. Belə oynasaq, heç nəyə nail ola bilmərik. Lakin təbii ki, qarşılaşma heç-heçə bitsə, bu, bizim üçün pis nəticə sayılmamalıdı.
 
- Komandanızın Avroliqiya neçənci yerlə getməsi sizin üçün vacibdi?
- Hansı pilləyə layiq olsaq, ordan da gedərdik. Əsas odu ki, avrokuboklara düşə bilək. Bu, əsas hədəfdi.
 
- Futbol ictimaiyyətində belə bir fikir var ki, Avropada heç bir uğuru olmayan “İnter”dənsə, son illər uğurlu çıxışı ilə diqqət çəkən “Qarabağ”ın Avropa Liqasına yollanması daha yaxşı olardı...
- Mən hesab edirəm ki, avrokuboklara buna daha çox layiq olan komanda yollanmalıdı. Əgər “Qarabağ” bizə qalib gəlsə, buyurub gedə bilərlər. Həmin yeri “İnter” tutacağı halda isə deməli biz buna layiqik.
 
- Bəs “İnter” avrokuboklarda “Qarabağ” kimi layiqli çıxış edə biləcəkmi?
- Püşkdən çox şey asılı olacaq. Əgər avrokuboklara vəsiqə qazansaq, əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.