4 may 2012 14:16
Vladislav Qədirov: Pro kateqoriyasına yüksəlməklə iş bitmir
“Rəvan”ın sabiq baş məşqçisi Vladislav Qədirov PRO lisenziyası almasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, əlbəttə ki, böyük təcrübədi. Kurslara yaxşı mütəxəssislər gəlmişdilər. Fiziki, eləcə də texniki-taktiki məşğələlər olurdu. Bir sözlə yaxşı təcrübə topladıq. Bu yaxınlarda Nazim Süleymanov müsahibələrinin birində yaxşı bir söz işlətmişdi: “Əgər işləməyəcəksənsə, bu kateqoriya nəyə lazımdı”? Mən də bu fikirlə razıyam. Yəni PRO kateqoriyasına yüksəlməklə iş bitmir”.