4 may 2012 15:33
İnter 500 min avroluq braziliyalı oyunçu alır
Bakı “İnter”i braziliyalı futbolçu Lorival Asisi heyətinə qata bilər. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Chernomorets Burgas”da çıxış edən bu futbolçu ilə “İnter” yaxından maraqlanır. Bakılılar hətta mayın 5-də bu komandanın “Liteks”lə ev oyununu canlı izləyərək, Asisi iş başında görməyə çalışacaqlar. Məlumatda o da bildirilir ki, bolqar tərəfi braziliyalı futbolçuya görə “İnter”dən 500 min avro tələb edib və paytaxt klubu bununla razılaşıb.
Sonda onu da qeyd edək ki, 1984-cü ildə anadan olan Asis sol cinah vingeridi. O, karyerası ərzində “Iraty” (2004–2008), “Kalmar” (2009), “Avai” (2009), “America” (2010), “Botafogo” (2011) kimi klublarda da top qovub. Asis 2011–ci ildən formasını geydiyi “Chernomorets”də 23 oyuna 10 qol vurmağa imkan tapıb.
