4 may 2012 16:37
Böyükağa Hacıyev: Mübarizəmiz sona kimi davam edəcək
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 31-ci turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Aydın məsələdi ki, “Bakı” bizimlə oyuna böyük motivasiya ilə çıxacaq. Çünki onlar çempionat qarşı mübarizə aparacaqlar. Amma biz çempion olmağımıza baxmayaraq, yenə hər oyunda qələbə qazanmaq haqda düşünürük. Komanda bu dəfə də qələbəyə oynayacaq. Çempionatın sonuna cəmi 2 oyun qalıb. Həmin oyunları da layiqli şəkildə başa vurmaq istəyirik. Mümkündü ki, bəzi futbolçulara istirahət verilsin. Lakin heyətdən asılı olmayaraq, sona kimi mübarizəmizi davam etdirəcəyik”.