4 may 2012 17:31
Rəşad Sadiqov: Neftçiyə keçirəm
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov “Qarabağ”la yollarını ayırır. Azerisport.az xəbər verir ki, o, artıq yeni komandasının da müəyyənləşdirib.
Belə ki, Sadiqov bir ara “Qarabağ”a dəyişdiyi “Neftçi”yə qayıtmağa qərar verib. Mövsüm başa çatan kimi Rəşad köhnə klubu ilə müqavilə imzalayacaq.
Bu barədə futbolçu saytımıza açıqlamasında bunları dilə gətirib:
“Premyer Liqanın 31-ci turunun “İnter”lə oyunundan sonra hər şey yüz faiz həllini tapacaq. “Neftçi” rəhbərliyi ilə artıq bir dəfə görüşmüşəm. Sadəcə bəzi detalları dəqiqləşdirmək qalır. “Qarabağ”ı “Neftçi”yə dəyişməyimin səbəblərinə gəlincə, bu, ailə vəziyyətimlə bağlıdı. Mənə tez-tez regionlara gedib-qayıtmaq çətin olur. “Neftçi”də çıxış edəcəyim halda isə bir qədər asan olacaq”.