4 may 2012 17:42
Emrah Çelikel: Rəşad Sadiqov düz etmədi
“Qarabağ”ın direktoru Emrah Çelikel Rəşad Sadiqovun “Neftçi”yə keçidinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hesab edirəm ki, bu, düzgün deyil. Mən özüm Rəşadın gedişini mətbuatdan öyrəndim. İstənilən oyunçu başqa klublarla danışıq aparmaq, öz gələcəyi haqda düşünmək hüququna malikdi. Lakin “Qarabağ”ın kapitanı belə ağır bir zamanda komandasını düşünməliydi, belə hərəkət etməməliydi. Bu, azərbaycansayağı deyil”.