4 may 2012 11:16
Tounkara: Qəbələ ilə oyun daha çətin olacaq, nəinki Qarabağla
“Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara Premyer Liqanın 31-ci turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanız demək olar ki, avrokuboklara vəsiqəni təmin edib. Qalan iki oyun üçün motivasiya tapmaq çətin olmayacaq ki?
- Xeyr. Əksinə, komandanın 6 xalı geri qaytarıldıqdan sonra daha çox xal toplamaq istəyirik. Odu ki, motivasiya baxımından hər şey qaydasındadı. Həm də biz hələ avrokuboklara vəsiqəni tam təmin etməmişik. İndiki yerimizi qorumaq lazımdı.

- “Qəbələ” ilə oyun barədə nə deyə bilərsiz?
- Bizim iki ev oyunumuz qalır. “Qəbələ” və “Qarabağ”la oyunlardan maksimum nəticə ilə ayrılmaq istəyirik.

- Sizcə, hansı komanda ilə görüş daha çətin olacaq?
- “Qəbələ” ilə oyun. Bu komandanın hücum potensialı çox təhlükəlidi. Bu komandaya qarşı mübarizə aparmaq çox çətin olacaq. “Qarabağ” haqda isə eyni sözləri deyə bilmərəm.
- Sizin üçün ikinci pilləni tutmaq prinsipialdı, yoxsa Avroliqaya üçüncü yerlə də getməyə razısız?
- Məncə, ikinci yeri tutan komanda avrokuboklara daha gec başlayır (əslində Avropa Liqasına vəsiqə qazanacaq bütün klublarımız mübarizəyə eyni vaxtda start verəcəklər – azerisport.az). Bu isə hazırlaşmaq üçün əlavə vaxt qazandırmış olar. Həm də gümüş medalla bürünc medal bir-birindən fərqlənir.

- Premyer Liqada ikinci yeri tutmağı özünüz üçün uğur sayacaqsız?
- Malidə mən belə uğurlar qazana bilməmişdim. Bu, mənim ən yaxşı nəticəm olacaq. Buna elə ilk mövsümdəcə nail olmağım çox sevindiricidi. FİFA-nın altı xalı bərpa etməsindən sonra komandamızda özünəinam və güc də artdı.

- Həmin güc Avroliqada da uğurlu çıxış etməyə imkan verəcək?
- Bizim güclü komandamız var. Fikrimcə, uğur qazana bilərik. Amma bunun üçün heyəti gücləndirməyə də ehtiyac var.

- Bilirsiz ki, “Xəzər Lənkəran” hələ indiyə qədər avrokuboklarda mərhələ adlaya bilməyib?
- Bəli. Bu, belə bir klub üçün çox üzücüdü. Qarşıdakı mövsümdə bu sindroma son qoymaq lazımdı.