5 may 2012 00:08
Qarabağ Sadiqovu komandadan qovdu
“Qarabağ” “Neftçi”yə keçməyə hazırlaşan Rəşad Sadiqovla bağlı rəsmi açıqlama yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
“Mətbuatda “Qarabağ” Futbol klubunun futbolçusu Rəşad Sadiqovun başqa bir klubla müqavilə bağlaması barəsində xəbərlər yayılıb. Hazırda Ağdamda olan və “İnter”lə vacib görüşə hazırlaşan komandamız üçün gözlənilməz xəbər sonucunda futbolçuyla görüşülmüş və hazırda kapitan statusu daşıyan futbolçunun başqa klubla danışıq aparması tərəfindən təsdiqlənib. Çempionatın ən gərgin anında komanda üçün mühim funksiya daşıyan kapitanın belə vacib məqamda gənc futbolçulara örnək olmaq əvəzinə, başqa klubla anlaşma imzalamasının qeyri-etik olduğunu və bu açıqlamasıyla komandaya vurduğu mənəvi zərbəyə görə Rəşad Sadiqov dərhal Ağdamdan Bakıya göndərilib”.