5 may 2012 00:11
Tahir Süleymanov: Rəşad Sadiqov hələ Qarabağın oyunçusudu
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov “Qarabağ”ın heyətindən kənarlaşdırdığı Rəşad Sadiqovu transfer etmələrinə dair məlumatlara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mövsümün sonuna hələ iki tur qalıb. Bu üzdən də Rəşad hələlik “Qarabağ”ın oyunçusudu.Qaydalara görə biz onunla danışıq apara bilərik. Amma o, yalnız mövsüm başa çatandan sonra tam olaraq “Neftçi”nin sıralarına qoşula bilər. Biz bundan sonra da komandanı gücləndirmək yönündə işlərimizi davam etdirəcəyik. Digər mümkün keçidlərlə bağlı heç bir məlumat verə bilmərəm. Çünki hələ heç bir yekun qərar yoxdu”.