4 may 2012 12:15
Yığmamızın rəqibinin heyəti açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Azərbaycan millisiylə qarşılaşacaq Norveç yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, Drammen şəhərindəki Marienlyst stadionunda, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək Norveç – Azərbaycan oyunu üçün rəqib komandanın heyətinə aşağıdakı futbolçular dəvət olunub.
Orjan Niland, Arild Ostbö, Vegar Eggen Hedenstad, Conatan Tollas Nation, Fredrik Semb Berge, Stefan Strandberq, Yoakim Vage Nilsen, Martin Linnes, Yann-Erik de Lanley, Magnus Volf Eikrem, Harmeet Singh, Tomas Drage, Fredrik Ulvestad, Jo İnge Berget, Anders Konradsen, Omar Elabdellaoui, Markus Pedersen, Coşua Kinq, Torqeyr Borven, Mushaga Bakenqa.
