5 may 2012 01:16
Fatih Terimə ağır cəza
Türkiyə Futbol Federasiyası “Galatasaray”ın baş məşqçisi Fatih Terimi cəzalandırıb. Azerisport.az xəbər verir ki, TFF-nin İntizam Komitəsi “sarı-qırmızılar”ın çalışdırıcısına “Trabzonspor”la “Türk Telekom Arena”dakı matçda hakimi təhqir etdiyinə görə cəza alıb.
İntizam Komitəsi “İmperator” ləqəbli mütəxəssisə 3 oyunluq cəza verib. Qərara əsasən baş məşqçi komandasının mövsümün son iki oyununda – “Beşiktaş” və “Fenerbahçe” derbilərində paltardəyişmə otağına və texniki zonaya buraxılmayacaq. Beləliklə, Terim “Galatasaray” çempion olacağı halda buna meydandan kənarda sevinmək məcburiyyətində qalacaq.
