5 may 2012 19:23

Qarabağ İnteri uddu, XL xal itirdi, Neftçi uduzdu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 31-cu turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə iddialıla üz-üzə gəliblər.
 
Sona iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Neftçi” “Bakı”nın qonağı olub. Paytaxt derbisində qələbə meydan sahiblərinə qismət olub. Liderin əsas izləyicisi “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ”ni qəbul edib. Cənub təmsilçisi xal itkisi ilə üzləşib.
 
Avropa Liqasına vəsiqə uğrunda çox prinsipial və həlledici görüşdə isə “Qarabağ” “İnter”i qəbul edib. Ağdam təmsilçisi minimal hesablı qələbəyə sevinib.
 
Premyer Liqa
31-ci tur
5 may (şənbə)
 
QARABAĞ – İNTER  - 1:0 (0:0)
Qol: R.Əliyev, 76 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Teymur Fərhadov.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
 
QARABAĞ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 19. Muarem Muarem, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin Imaməliyev, 11. Rauf Əliyev, 20. Nderim Nedzipi, 44. Eltun Yaqublu.
İNTER: 1.Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. Ilia Kandelaki, 20. Girt Karlson, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 6. Samir Zərgərov, 13. Bronislav Çervenka, 28. Baçana Tsxadadze, 29. Əziz Quliyev, 30. Danildo Assioli.
 
Oyun başladı
Gözlənildiyi kimi, meydan sahibləri oyuna daha fəal başlayıblar
2. V.Cavadovun yerinə yetirdiyi korner uğursuz nəticələnir
4. "İnter"in ilk korneri daha təhlükəli alındı: Karlsonun baş zərbəsi qapıdan aralı keçir
6. V.Nadirovun zərbəsi qapıdan aralı keçir
9. Muaremin zərbəsini Lomaya kornerə çıxarır, Cavadovun künc zərbəsi isə yenə uğursuz olur
15. Ağdamlılar daha bir korneri boşa verirlər
16. Vaqifin zərbəsi qapıdan aralı keçir
18. Vüqarın yaxın məsafədən baş zərbəsi hədəfə düşmür
20. "Qarabağ" yenə korner yerinə yetirir: bu dəfə də qol vurmaq cəhdi baş tutmur
28. Qonaqlar ardıcıl dörd kornerdən istəyinə nail ola bilmir
29. "İnter"də məcburi dəyişiklik: Niasse zədələndiyi üçün yerini B.Çervenkaya verir
35. V.Nadirov əla reydlə bir neçə müdafiəçini geridə qoyub qapıya zərbə endirsə də, Lomaya əla reaksiya nümayiş etdirərək komandasını real qoldan xilas edir
41. V.Nadirov yenə sağ cinahla irəliləyib qapıya zərbə endirsə də, dəqiq olmur
44. Adamiyanın fərqlənməsinə Lomaya mane olur
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. İkinci hissə çox sürətli başlayıb
55. İ.Kandelaki sarı vərəqə ilə cəzalanır
56. N.Hacıyevi S.Zərgərov əvəzləyir
56. Nadirovun cərimə zərbəsini Lomaya kornerə çıxarır
57. "Qarabağ" iki ardıcıl kornerdən yararlana bilmir
58. Amma ağdamlılar rəqibi tam olaraq qapısına sıxışdırıb
62. Özünə gələn "İnter" korner yerinə yetirir: uğursuz alınır
65. Adamiya əla hücumu dəqiq zərbəylə tamamlaya bilmir
66. Muaremin əvəzində meydana R.Əliyev daxil olur
68. Nadirovun zərbəsi qapıdan aralı keçir
69. İ.Qurbanov kobud oyuna görə sarı vərəqə alır
74. "İnter"in çox təhlükəli hücumu zamanı A.Məmmədov boş qapını nişan ala bilmir
75. Adamiyanın əla zərbəsi qapı tirindən dönür
76. R.Əliyev nəhayət ki, dəqiq zərbə ilə hesabı açır - 1:0
78. V.Abramidze yerini B.Tsxadadzeyə verir
80. Karlsonun baş zərbəsini F.Vəliyev tutur
81. V.Cavadov yerini Z.Həşimova verir
86. R.Əliyevin zərbəsi zamanı top qapıdan yan keçir
86. V.Nadirovu B.Soltanov əvəzləyir
87. F.Vəliyev sarı vərəqə alır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Oyun başa çatdı
 
 
XƏZƏR LƏNKƏRAN – QƏBƏLƏ - 1:1 (0:0)
Qollar: Adrian Pit, 59 (1:0), Viktor Mendi, 87 (1:1)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Zeynal Zeynalov, Elvin Əsgərov.
Lənkəran. Şəhər stadionu.
 
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 7. Katalin Doman, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 81. Rikardo Qomeş.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elnur Abdullayev, 11. Andrey Mureşan, 15. Sadio Tounkara, 18. Alim Qurbanov, 30. Rendal Brenes, 33. Stevan Bates.
QƏBƏLƏ: 30. Qrem Smit, 3. Vurğun Hüseynov (k), 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 5. Sergey Sokolov, 10. Deon Burton, 26. Daniel Lopes Kruz, 29. Amil Yunanov, 33. Saşa Yunisoğlu, 38. Elnur Mustafayev.
 
Oyun başladı
İlk hücum meydan sahiblərindən gəlsə də, Doman qapıya zərbə endirə bilmir
"Qəbələ"nin təhlükəli hücumunun qarşısını E.Allahverdiyev kəsir
Mendinin baş zərbəsi dəqiq alınmır
XL hesabı açsa da, Qomeş ofsaydda olduğundan hesaba alınmır
Meydan sahibləri oyuna nəzarət edən tərəfdi
Olfers qapıya normal zərbə endirə bilmir
Mendinin zərbəsi dəqiq olmur
30-cu dəqiqədə Aleksandr Çertoqanov qırmızı vərəqə ilə meydandan qovulur
Pit inanılmaz qol epizodundan yararlana bilmir
XL hələ ki, qol vəziyyətlərini boşa verməklə məşğuldu
Pitin zərbəsi Olfersdən qayıdır
XL iki ardıcıl künc zərbəsini qola çevirə bilmir
Pitin zərbəsi dəqiq alınmır
İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Kamanan topu düz qapıçının üstünə vurur
Pitin zərbəsi hədəfdən yan keçir
Adrian Pit nəhayət ki, cərimə zərbəsini dəqiq yerinə yetirərək, istəyinə çatır - 1:0
Qomesi R.Brenes əvəzləyir
Subaşiçlə Doman inanılmaz epizodu dəyərləndirə bilmir
XL daha bir qol epizodunu boşa verir
Nə qədər gözlənilməz olsa da, "Qəbələ" 10 nəfərlə də olsa, hesabı bərabərləşdirir. Viktor Mendi fərqlənir - 1:1
Matç başa çatdı
 
 
BAKI – NEFTÇİ - 2:0 (1:0)
Qollar: Nurlan Novruzov, 44 (1:0), Koke, 90 (2:0)
Hakimlər: Orxan Məmmədov, Ramiz Əsədov, Rza Məmmədov, Feyzulla Feyzullayev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
BAKI: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Çesnauski Deyvidas, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 24. Nenad Kovaçeviç, 98. Serxio Kontreras.
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 4. Vadim Boret, 17. Vasif Rzayev, 22. Tural Qürbətov, 32. Aleksey Savinov, 35. Vadim Abdullayev, 99. Rəhman Hacıyev.
NEFTÇİ: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 11. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 22. Fərid Quliyev, 25. Cavid İmamverdiyev, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 8. Elşən Abdullayev, 17. Kənan Manafov, 27. Rəşad Abdullayev, 29. İlham Allahverdiyev.
 
Oyun başladı
İlk dəqiqələr sakit məcrada keçir
D.Silvanın zərbəsi dəqiq alınmır
M.Seyidov da eyni zərbə ilə yadda qalır
"Neftçi" top saxlamaqla oyuna nəzarəti əldən vermir
İmamverdiyevin zərbəsi təhlükəli, amma qeyri-dəqiqdi
Demək olar ki, qol vəziyyəti yoxdu
Seyidovun əla zərbəsi qapıdan azacıq yan keçir
Kovaçeviçin zərbəsini Mehdiyev çətinliklə də olsa, dəf edir
Nurlan Novruzov qonaqların qapısına dəqiq zərbə ilə hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Bakı" fasilədən sonra da çox fəaldı
Novruzov ikinci qolu vursa da, öncə ofsayd qeydə alınır
Kokenin təhlükəli zərbəsini Mehdiyev qaytarır
E.Məmmədov əla qol vəziyyətini dəyərləndirə bilmir
F.Quliyevin baş zərbəsi dəqiq olmur
"Bakı"nın ardıcıl təhlükəli hücumları zamanı Mehdiyev təcrübəsi sayəsində qol buraxmır
Koke komandasının üstünlüyünü daha da artırır - 2:0
Matç başa çatdı
 

Turun qalan oyunları sabah keçiriləcək: “Simurq” – “Rəvan”, “Kəpəz” – “Turan”, “Sumqayıt” – AZAL.
 
1
Neftçi
31
20
3
8
55 - 29
26
63
2
Xəzər L
31
16
8
7
40 - 27
13
56
3
Qarabağ
31
15
8
8
36 - 24
12
53
4
İnter
31
15
8
8
28 - 21
7
53
5
Bakı
31
15
5
11
42 - 35
7
50
6
Qəbələ
31
14
7
10
42 - 32
10
49
 
1
AZAL
30
11
8
11
43 - 43
0
41
2
Rəvan
30
9
10
11
35 - 36
-1
37
3
Simurq
30
7
9
14
25 - 40
-15
30
4
Kəpəz
30
8
5
17
33 - 53
-20
29
5
Turan
30
6
7
17
25 - 39
-14
25
6
Sumqayıt
30
5
6
19
24 - 49
-25
21
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
11 - Yuri Fomenko (Kəpəz)
10 – Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.