5 may 2012 14:18
Nigeriya futbolunun əfsanəsi öldü (FOTO)
Nigeriya yığmasının əfsanəvi futbolçusu Rəşidi Yekini 48 yaşında dünyasını dəyişib. Azerisport.az xəbər verir ki, yığmanın sabiq hücumçusu ürək çatışmazlığından əziyyət çəkirmiş.
Yekini 70 dəfə millinin formasını geyib, 37 qol vurub. 1993-cü ildə Afrika qitəsinin ən yaxşı futbolçusu seçilib.
Nigeriyada futbola başlayan Rəşidi sonradan Avropaya gedib, Portuqaliyanın “Viktoriya”, Yunanıstanın “Olimpiakos”, İspayniyanın “Sportinq”, İsveçrənin “Sürix” komandalırının da formasını geyib.
